Mobil versiya
EFS Peşəkar Doyüş Liqası və “Golden Ring Fight Club”un birgə layihəsini qaçırmayın! - FOTOLAR
Tarix: 05-05-2022 | Saat: 18:07
Bölmə:İdman | çapa göndər

EFS Peşəkar Doyüş Liqası və “Golden Ring Fight Club”un birgə layihəsini qaçırmayın!

AİA.Az xəbər verir ki, Azərbaycanda əlbəyaxa döyüş növlərinə maraq getdikcə artır. Qeyd etmək lazımdır bu yönümdə Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyətə xüsusilə təqdirəlayiqdir. Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun ciddi səyləri nəticəsində son vaxtlar ölkəmizdə əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançıların peşəkarlıq səviyyəsi də xeyli yüksəlmişdir.

Azərbaycan Universal Döyüş Federasiyasından aldığımız məlumata görə 7-8 may 2022 - ci il tarixlərində, EFS Peşəkar Doyüş Liqası və “Golden Ring Fight Club”un birgə layihəsi olan həvəskarlar və peşəkarlar arasında turnir keçiriləcək. Yarışda 200 nəfərdən çox idmançının iştirakı nəzərdə tutulur. Turnirə qatılacaq peşəkar idmançıların mətbuat konfransı mayın 7-də Nərimanov rayonu, Qafqaz Biznes Mərkəzinin Konfrans salonunda baş tutacaq. Bilavasitə yarışlar isə mayın 8-də Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Hamını bu möhtəşəm turniri izləməyə dəvət edirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024