Mobil versiya
"Liverpul" yayda Məhəmməd Salahı sata bilər
Tarix: 02-05-2022 | Saat: 14:59
Bölmə:İdman | çapa göndər

"Liverpul" yayda Məhəmməd Salahı sata bilər

İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.

AİA.Az report-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu hələlik 2023-cü ildə başa çatacaq müqaviləsinin uzadılmasına razılıq verməyib.

Mersisayd təmsilçisi bu səbəbdən yayda misirli forvardı sata bilər. "Liverpul" təcrübəli oyunçunun klubu azad agent kimi tərk etməsini istəmir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Hücumçu cari mövsüm Premyer Liqada 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024