Mobil versiya
Rusiya hərbçiləri ukraynalıların 60 ton taxılını oğurlayıb
Tarix: 29-04-2022 | Saat: 09:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya hərbçiləri ukraynalıların 60 ton taxılını oğurlayıb

"Rusiya işğalçıları kəndliləri qarət edir".

aia.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Qeyd olunub ki, Rusiya ordusu tərəfindən Kamyanka-Dnerovskaya şəhərinin kənd təsərrüfatı anbarından 60 tondan artıq taxıl yük daşıyıcı ilə birlikdə oğurlanıb.

Bildirilib ki, son sutkada Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin 15 hava hədəfini vurub, bir təyyarəsini, 5 qanadlı raketini və 9 əməliyyat-taktiki səviyyəli PUA-sını məhv edib.

"Donetsk və Luqansk vilayətlərində Ukrayna Silhalı Qüvvələri düşmənin 9 hücumunun qarısını alıb, 9 tankını, 12 “T” zirehli texnikasını, bir artilleriya sistemini, bir avtomobilinin və bir zenit-raket qurğusunu sıradan çıxarıb”, - məlumatda bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024