Mobil versiya
Timsah çayda təbii ehtiyacını ödəmək istəyən adamı yeyib
Tarix: 26-04-2022 | Saat: 09:22
Bölmə:Dünya | çapa göndər

Timsah çayda təbii ehtiyacını ödəmək istəyən adamı yeyib

Hindistanın Uttar Pradeş ştatında timsah çaya yaxınlaşıb təbii ehiyacını ödəmək istəyən 20 yaşlı gənci yeyib.

Sürünənin hücumu nəticəsində Katarniaqhat təbiət qoruğu yaxınlığındakı kənddə qohumlarıgildə qonaq qalan Dipu adlı hindistanlı ölüb. O, əmisi oğlu ilə birlikdə kanalın kənarında tualet ehtiyacını ödəməyə qərar verib. Bu zaman gözlənilmədən sudan nəhəng timsah çıxıb və dişləri ilə onu tutaraq suyun altına çəkib.

Kəndlilər köməyə qaçsalar da, onlar hadisə yerinə çatanda nə Dipu, nə də yırtıcını tapa biliblər. Güclü su axını və başqa timsahlarla da qarşılaşma riski olduğundan heç kim suya girməyə cəsarət etməyib. Dalğıclar da suyun səviyyəsi aşağı düşənə qədər kanala enməyə risk etməyiblər.

Axtarış-əməliyyat işlərini təşkil etmək üçün polis və meşə resursları idarəsinin nümayəndələri yerli irriqasiya idarəsi ilə əlaqə saxlamaq və meyitin axtarışı zamanı kanala suyun buraxılmamasını xahiş etmək məcburiyyətində qalıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024