Mobil versiya
İtaliyalı hücumçu Messi, Ronaldu və Levandovskinin nailiyyətini təkrarlayıb
Tarix: 25-04-2022 | Saat: 16:57
Bölmə:İdman | çapa göndər

İtaliyalı hücumçu Messi, Ronaldu və Levandovskinin nailiyyətini təkrarlayıb

İtaliyanın "Latsio" klubunun futbolçusu Çiro İmmobile yeni şəxsi uğura imza atıb.

AİA.Az report-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna evdə "Milan"a 1:2 hesabı ilə uduzduqları A Seriyasının XXXIV tur oyununda nail olub.

Roma təmsilçisinin yeganə qolunu vuran forvard çempionatda 26-cı dəfə fərqlənib. Beləliklə, italiyalı oyunçu Avropanın top-5 liqasında son 6 ildə ən azı 3 mövsümdə 25-dən daha çox qol vuran 4-cü futbolçudur.

Daha əvvəl bu nailiyyətə Lionel Messi, Kriştianu Ronaldu və Robert Levandovski yiyələnib. İmmobile 2017/2018 mövsümündə A Seriyasında 29 qolla, 2019/2020 mövsümündə 36 qolla yadda qalıb.

Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 31 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024