Mobil versiya
Almaniya kansleri: “Mən üçüncü dünya müharibəsinin qarşısını almağa çalışıram”
Tarix: 23-04-2022 | Saat: 10:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya kansleri: “Mən üçüncü dünya müharibəsinin qarşısını almağa çalışıram”

“Almaniya Rusiyanın NATO-ya təcavüzü təhlükəsi səbəbindən Ukraynanın tələbi ilə ona ağır silahları ötürə bilməz”.

Bu açıqlama ilə Almaniya Kansleri Olaf Şolts çıxış edib.

Kansler Rusiyadan qorxmadıqlarını, amma siyasi cəhətdən məsuliyyətli davranmaq məcburiyyətində olduqlarını bəyan edib.

“Tələb olunduğu kimi, uçuşa qadağa zonasının tətbiqi NATO-nu müharibə tərəfinə çevirəcək. Mən and içmişəm. Mən çoxdan demişəm ki, biz NATO ilə Rusiya kimi yaxşı silahlanmış fövqəldövlət, nüvə dövləti arasında birbaşa hərbi qarşıdurmadan qaçmaq üçün mümkün olan hər şeyi etməliyik. Mən üçüncü dünya müharibəsinə gətirib çıxaran eskalasiyanın qarşısını almaq üçün hər şeyi edirəm. Dünyada nüvə müharibəsi olmamalıdır”, - Almaniya Kansleri vurğulayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024