Mobil versiya
“Rusiya ordusu şəhərləri tamamilə məhv edir” - Zelenski
Tarix: 21-04-2022 | Saat: 17:20
Bölmə:Karusel / Dünya | çapa göndər

“Rusiya ordusu şəhərləri tamamilə məhv edir” -

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda hələlik tammiqyaslı döyüşlərin başladığına əmin olmadığını bildirib.

aia.az xəbər verir ki, Dövlət başçısı bildirib ki, Ukrayna tərəfi Rusiya ordusunun necə fəaliyyət göstərdiyini bilir.

“Onlar arxalarınca şəhər saxlamırlar. Onlar kiçik şəhərləri işğal etmirlər, onlar sadəcə olaraq oranı tamamilə məhv edirlər. Orada heç nə saxlamırlar”, - deyə V.Zelenski qeyd edib.

Prezident Rusiya ordusu tərəfindən dağıdılan Volnovaxa şəhərini misal çəkib:

“Onlar bütün binaları dağıdıblar. Sadəcə hər şey məhv edilib. Bu günə olan məlumata görə, orada bir nəfər də olsun insan yoxdur. Ola bilsin ki, dağıntılar altında başqa kimlərsə qalsın, amma bizdə olan məlumatlara görə, orada heç bir sakin yoxdur. Volnovaxa şəhəri var idi, indi isə o yoxdur. Onlar belə fəaliyyət göstərirlər”.

V.Zelenski bildirib ki, ona Rubejnoe şəhəri və bir neçə başqa yaşayış məntəqəsi uğrunda gedən böyük döyüşlər barədə məlumat verilib.

O əlavə edib ki, hazırda Ukrayna tərəfi Rusiyanın kimyəvi silahdan istifadə edib-etmədiyini yoxlayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024