Ukraynada hərbi vəziyyət rejimi uzadıldı
Tarix: 21-04-2022 | Saat: 17:13
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə layihəni qəbul edib.
aia.az UNN-ə istinadən xəbər verir ki, bunu xalq deputatı Yaroslav Jeleznyak bildirib.
Hərbi vəziyyət rejimi aprelin 25-dən mayın 25-dək qüvvədə olacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərmişdi.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət iki dəfə uzadılmışdı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025