Mobil versiya
Türkiyə Ukraynaya humanitar yardım çatdıracaq
Tarix: 16-04-2022 | Saat: 09:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə Ukraynaya humanitar yardım çatdıracaq

Ukraynadan mülki şəxslərin təxliyəsi üçün Ankaranın ayırdığı gəmilər bu ölkəyə həm də humanitar yardım çatdıracaq.

aia.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, Türkiyə ilk gündən vətəndaşlarının və digər mülki şəxslərin Ukraynadan təhlükəsiz təxliyəsi üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan edib.

Hulusi Akar Ankaranın Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib.

Həmçinin Ukraynada daha çox insan itkisinin qarşısını almaq və bu ölkədə sülh və sabitliyin ən qısa zamanda təmin edilməsi üçün dərhal atəşkəsə ehtiyac olduğu vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə