Mobil versiya
Rusiya MN: NATO-nun xüsusi xidmət orqanları telefonları dinləyir
Tarix: 15-04-2022 | Saat: 10:34
Bölmə:Dünya | çapa göndər

Rusiya MN:

Rusiya Müdafiə Nazirliyinin Radioelektron Mübarizə qoşunlarının rəhbəri, general-leytenant Yuri Lastoçkin mobil telefonların NATO ölkələrinin xüsusi xidmət orqanları tərəfindən dinlənildiyini açıqlayıb.

Bu barədə aia.az "Report"a istinadən xəbər verir.

O, qeyd edib ki, NATO-ya üzv ölkələrin kəşfiyyat qurumları aktiv şəkildə mobil abunəçilərin danışıqlarına qoşulur, söhbətləri dinləyir və lazım gəldikdə onları bloklayır.

"Xarici kəşfiyyat mütəxəssisləri yalan məlumatlar göndərməklə dezinformasiya (abunəçilərə - red.) vermək imkanı əldə edirlər", - o deyib.

Generalın sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələrinin xüsusi xidmət orqanları bu məqsədlə yalançı baza stansiyalarından istifadə edir.

Lastoçkin qeyd edib ki, alimlər problemin həllinə qoşulublar. Onlar abunəçilərin məlumatlarına icazəsiz girişin qarşısını almaq üçün sistem yaradıblar. Mütəxəssislər saxta baza stansiyası tapa və məlumat sızmasının texniki kanalını bloklaya bilərlər.

Bu əməliyyatlardan sonra mobil operatorun qanuni baza stansiyası ilə əlaqə bərpa olunur. O cümlədən 2G, 3G və 4G siqnalları bərpa edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə