Mobil versiya
Ukraynada müharibədə ölən uşaqların sayı 198-ə çatıb
Tarix: 15-04-2022 | Saat: 10:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynada müharibədə ölən uşaqların sayı 198-ə çatıb


"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 198 uşaq ölüb, 355 uşaq güllə və qəlpə yarası alıb”.

aia.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək 548 uşaq xəsarət alıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 014 təhsil müəssisəsinə ziyan dəyib, 91-i tamamilə dağılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə