Mobil versiya
“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır” - Paşinyan
Tarix: 14-04-2022 | Saat: 17:30
Bölmə:Dünya | çapa göndər

“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır” -

“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”.

aia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətlə bağlı danışarkən bildirib.

Paşinyan müharibənin Şuşa uğrunda getdiyini qeyd edib və əlavə edib ki, Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu, belə deyil.

“İfadəmə görə üzr istəyirəm, amma biz xalqın qurbanlıq qoyun statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik. Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışdığımızı deyirəm”, - o vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə