Xəzər rayonu üzrə Gənclərin Yerli Məşvərət Şurasının ilk təlimləri baş tutdu. - FOTOLAR
Tarix: 14-04-2022 | Saat: 09:31
Bölmə:İdman | çapa göndər
9 və 10 aprel tarixlərində Xəzər Gənclər Evində baş tutmuş təlimdə gənclər Karyera planlama və şəxsi inkişaf üzrə təlimçi, TEDx spikeri Fəxri Məhəmmədzadənin təqdimatı ilə komanda quruculuğu, layihələrin idarə olunması, həll yönümlü layihə idarəetməsi, büdcənin müəyyən olunması, kommunikasiya, sorğu və tədqiqat bacarıqları haqqında bilik və bacarıqlara yiyələnmişlər.
Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının layihələr üzrə koordinatoru Ramilə El-oğlu çıxış edərək "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsinin mahiyyəti və bu layihənin gənclərin gələcək karyerasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Həmçinin tədbirdə NAYORA və UNİCEF-in nümayəndələri də iştirak edirdilər.
Qeyd edək ki, "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin texniki dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu