Mobil versiya
Zelenski: “Rusiya ukraynalıların yeni deportasiyasına başlayıb”
Tarix: 07-04-2022 | Saat: 17:36
Bölmə:Dünya | çapa göndər

Zelenski:

Ukrayna Prezidenti Volodimir Zelenski azı on minlərlə ukraynalının Rusiya ərazilərinə və Ukraynanın müvəqqəti işğal edilmiş yaşayış məntəqələrinə aparıldığını açıqlayıb.

Bu barədə o, Yunanıstan parlamentinə müraciətində bildirib.

“Rusiya Ukraynanın cənubundan insanların yeni deportasiyasına başlayıb. Artıq on minlərlə insan Rusiyaya və Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinə aparılıb. Onlar Rusiya birləşmələrinin zərbələri altında qalan Mariupol və digər şəhərlərin sakinləridir”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bu, Rusiyanın insanları məcburi məskunlaşdırmasıdır.

“Rusiya etdiyi hər şeyin cavabsız qalacağına tamamilə əmindir. Biz onu saxlamalıyıq. Biz Rusiyanı məsuliyyətə cəlb etməliyik”, - deyən Ukrayna lideri həmçinin bildirib ki, Rusiya tərəfindən deportasiya olunan insanlar tapılmalıdırlar.

“Heç olmasa, Mariupolda sağ qala bilənləri xilas etməliyik”, - Zelenski deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə