Mobil versiya
"Cavabımız dağıdıcı olacaq" - Rusiyadan Qərbə
Tarix: 05-04-2022 | Saat: 15:43
Bölmə:Dünya | çapa göndər

"Cavabımız dağıdıcı olacaq"
"Qərbin bir sıra ölkələrindən rusiyalı diplomatların çıxarılmasına cavabımız simmetrik və həmin dövlətlərdə ikitərəfli münasibətlər üçün dağıdıcı olacaq. Onlar belə addımlar atmaqla ilk əvvəl öz diplomatlarını cəzalandırıblar".
Aia.az xəbər verir ki, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında belə yazıb.

Onun açıqlamasını olduğu kimi təqdim edirik: "Mahiyyət etibarilə mənasız və heç nə verməyən beynəlxalq adətlər var.

Məsələn, başqa ölkəyə təzyiq vasitəsi kimi diplomatların ölkədən çıxarılması. Son vaxtlar o qədər belə hadisə oldu ki. Və yenə...
Sərsəm polyaklar 45 rusiyalı diplomatı, qənaətcil almanlar - 40, zərif fransızlar isə 30 rusiyalı diplomatı çıxarırlar. Ağılsız fantom ağrılardan əziyyət çəkən Baltikyanı dövlətlər səfirlərini geri çağırdılar. Kim daha çox? Hamı cavabı bilir. Cavabımız simmetrik və həmin dövlətlərdə ikitərəfli münasibətlər üçün dağıdıcı olacaq. Kimi cəzalandırdılar? Əlbəttə, ilk növbədə öz diplomatlarını. Onlara yeni iş yeri aramaq gərəkdir. Rusiyada nə hiss etdilər? Heç nə. Sadəcə, ölkəmizə qarşı təzyiqlərə yönələn və heç nəyi dəyişməyəcək şizoid kampaniyanın davamı.
Amma yox. Əgər belə davam edəcəksə, hələ fevralın 26-da yazdığım kimi, deyəsən, Qərb ölkələrinin səfirliklərinin
qapılarına anbar qıfılları asılacaq. Hamıya daha ucuz başa gələcək. Və onda bir-birimizə yalnız silahların nişangahlarından baxmalı olacağıq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə