Mobil versiya
Pentaqondan Ukrayna ilə bağlı AÇIQLAMA
Tarix: 01-04-2022 | Saat: 09:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Pentaqondan Ukrayna ilə bağlı

Rusiya qüvvələrinin əsas hissəsinin Donbasda cəmləşməsi və burada güclü Ukrayna ordusu ilə üzləşməsi münaqişənin uzanacağı barədə düşünməyə əsas verir.

aia.az “Le Matin” saytına istinadən xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

Mənbə Rusiya qüvvələrinin Çernobıldan və Qostomel aeroportundan çəkildiyini təsdiqləsə də, bunu yalnız mövqe dəyişməsi olduğunu bildirib.

“Bizim əlimizdə bu əsgərlərin evlərinə qayıtması və ya döyüşdən kənarlaşdırılmasına dair heç bir məlumat yoxdur. Belə hesab edirik ki, bu qüvvələr yenidən komplektləşdirilərək döyüşü davam etdirmək üçün Ukraynaya göndəriləcək. Xüsusən də Donetsk və Luqansk regionlarına” – deyə mənbə qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə