Mobil versiya
"400 min ukraynalı zorla Rusiyaya aparılıb" - Ukraynalı ombudsman
Tarix: 31-03-2022 | Saat: 17:07
Bölmə:Dünya | çapa göndər

"400 min ukraynalı zorla Rusiyaya aparılıb" -

"400 minə yaxın ukraynalı güc tətbiq edərək Rusiyaya aparılıb".

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı ombudsman Lyudmila Denisova "Euronews" telekanalına müsahibəsində bildirib.

Həmçinin o, "Vətəndaşlarımız öz ərazimizdən öz ərazilərinə deportasiya ediliblər. Onlar öz istəkləri ilə getməyiblər, məcburi şəkildə ilk olaraq Donetsk vilayətindəki filtrasiya düşərgəsinə aparılıblar. Bundan sonra avtobusla Rusiyaya aparılıb, qatarla müxtəlif yerlərə, xüsusən də Rusiya Federasiyasının Saxalin kimi depressiyaya məruz qalmış bölgələrinə aparılıblar”, - deyə qeyd edib.

Onun sözlərinə görə, müharibə başlayan gündən indiyədək bir dənə də olsun səmərəli humanitar dəhliz yaradılmayıb. Ombudsman Rusiyanı Ukrayna hərbi geyimlərini oğurlamaqda və onlardan cinayət törətmək üçün istifadə etməkdə də ittiham edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə