Mobil versiya
Türkiyə sanksiyalara qoşulacaq? - Hulusi Akardan AÇIQLAMA
Tarix: 17-03-2022 | Saat: 12:41
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyə sanksiyalara qoşulacaq? -

"Sanksiyalara qoşulmayacağıq deyə bir şey yoxdur. BMT tərəfindən qərar verilən sanksiyalar nədirsə Türkiyə onlarla bağlı üzərinə düşəni edir".

aia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

"Olayı böyütmək yox, məhdudlaşdırmaq lazımdır. Atəşkəsin dərhal təmin olunması ilə birgə siyasi, diplomatik danışıqların başlaması ilə dərhal ora sabitlik, sülh gəlməlidir", - milli müdafiə naziri vurğulayıb.

O qeyd edib ki, bu məsələlərdə qazanc-itki balansını yaxşı dəyərləndirmək lazımdır:

"Bu mənada bizim “Heç bir sanksiya tətbiq etməyəcəyik” şəklində mövqeyimiz yoxdur, amma uzaqgörənlik və ehtiyatla hərəkət emtəyin həm Ukrayna, həm Rusiya, həm də bölgə üçün uyğun olacağını düşünürük".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025