Mobil versiya
BQXK Prezidenti Kiyevə getdi
Tarix: 16-03-2022 | Saat: 14:06
Bölmə:Dünya | çapa göndər

BQXK Prezidenti Kiyevə getdi


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Prezidenti Peter Maurer Kiyevə gedib.

aia.az xəbər verir ki, bu barədə Maurer "Twitter"də bildirib.

O deyib ki, BQXK-nın neytral və qərəzsiz humanitar fəaliyyətinin genişləndirilməsi üçün icmalar və hakimiyyət orqanları ilə danışıqlar aparılacaq.

“Ukraynada insanlar kömək üçün fəryad edirlər. Ehtiyaclar böyük, şərtlər ağırdır. Biz onların çağırışlarına cavab vermək üçün səylərimizi əsirgəmirik.

Müharibə əsirləri, saxlanılanlar, meyitlərin qaytarılması ilə bağlı məsələlərdə biz işimizi genişləndirməyə ümid edirik”, - Maurer vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025