Mobil versiya
Ukrayna ordusu: “Rusiya qoşunlarının 40 faizi məhv edilib”
Tarix: 16-03-2022 | Saat: 11:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna ordusu:

“Ukrayna ordusu Rusiyanın ölkəyə hücum üçün istifadə etdiyi hərbi kontingentin 40 faizini məhv edib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub.

“2022-ci ilin martın 15-nə düşmənin Ukrayna ərazisindəki “əməliyyata” cəlb etdiyi bölmələrinin 40 faizi tam məhv edilib və ya döyüş qabiliyyətini itirib”, - qurumdan bildirilib.

Qeyd olunub ki, Rusiya hərbi rəhbərliyi Rusiya Federasiyası ərazisindəki ali hərbi təhsil müəssisələrinin kursantlarının sonradan Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb olunması məqsədilə vaxtından əvvəl məzun edilməsi barədə qərar qəbul edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025