Mobil versiya
"Üçüncü Dünya müharibəsi olsa..." - Lavrovdan şok açıqlama
Tarix: 02-03-2022 | Saat: 15:00
Bölmə:Manşet / Dünya | çapa göndər

"Üçüncü Dünya müharibəsi olsa..."

"Üçüncü Dünya müharibəsi olsa, bu, nüvə savaşı və dağıdıcı olacaq".

AİA.Az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Sanksiyalar məsələsinə toxunan nazir Rusiyanın məhdudiyyətlərə hazır olduğunu deyib:

"İdmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara hazır idik". O həmçinin Rusiyanın xeyli dostunun olduğunu və onun təcridinin mümkün olmayacağını vurğulayıb.

Qeyd edək ki, fevralın 26-da ABŞ-ın Prezidenti Cozef Bayden Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ "Üçüncü Dünya müharibəsi"nin başlanğıcı ola biləcəyini bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə