Mobil versiya
Odessada azərbaycanlılar gəmidə köməksiz qaldı - Liman minalanıb
Tarix: 01-03-2022 | Saat: 15:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Odessada azərbaycanlılar gəmidə köməksiz qaldı -

Ukraynanın Odessa limanında içərisində azərbaycanlıların da olduğu Türkiyəyə məxsus gəmi sahilə çıxa bilmir.

aia.az lent.az-a istinadən xəbər verir ki, Odessa limanı minalandığı üçün Türkiyəyə məxsus üç gəmi çarəsiz vəziyyətdə qalıb.

Bu barədə çarəsiz qalan gəmilərdən birinin kapitanı Fatih Tezel məlumat verib.

O bildirib ki, limanın girişi minalandığı üçün müharibə başlayan gündən buradan çıxa bilmirlər:

"Gəmilərin giriş-çıxışının qarşısını almaq üçün problem yaradılıb. Burada gözlədiyimiz üçün yemək və yanacağımız tükənir. İstənilən vəziyyətə hazır olmağımız və bir hadisə baş verərsə, dərhal sığınacaqlara getməyimiz istənilib".

Məlumata görə, gəmidəki 14 heyətin 9-u Azərbaycan, digər 4-ü Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Tezəl qar yağdığını və gəminin adamlarla dolu olduğunu da vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024