Mobil versiya
“Macarıstan Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasına razılıq verib” - Mateuş Moraviecki
Tarix: 26-02-2022 | Saat: 17:17
Bölmə:Karusel / Dünya | çapa göndər

“Macarıstan Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasına razılıq verib”

Macarıstan Rusiyanın SWIFT sistemindən uzaqlaşdırılmasına etiraz etməyəcək.

Bu barədə Polşanın Baş naziri Mateuş Moraviecki özünün “Twitter” hesabında yazıb: “Bu gün Macarıstanın Baş naziri Viktor Orbanla yenidən danışdım. O, Rusiyaya qarşı genişmiqyaslı sanksiyaları dəstəklədiyini və Rusiyanın SWIFT sistemindən uzaqlaşdırılmasına etiraz etməyəcəklərini bildirdi”.

Qeyd edək ki, hazırda Rusiyanın SWIFT sistemindən uzaqlaşdırılmasına razılıq verməyən ölkələr Macarıstan və Almaniya idi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025