Mobil versiya
CL: “Ayaks” "Benfika" ilə oyunda qələbəni əldən verib
Tarix: 24-02-2022 | Saat: 09:17
Bölmə:İdman | çapa göndər

CL: “Ayaks” "Benfika" ilə oyunda qələbəni əldən verib

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubu Niderlandın "Ayaks" klubunu qəbul edib.

AİA.Az xəbər verir ki, "Eştadiu du Benfika" stadionundakı görüşdə qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. Duşan Tadiç adını tabloya yazdırıb. 26-cı dəqiqədə meydan sahibləri tarazlığı bərpa ediblər. Sebastyen Allye avtoqol müəllifi olub. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni isə 72-ci dəqiqədə "Benfika"nın ukraynalı hücumçusu Roman Yaremçuk qoyub.

Komandalar arasında cavab qarşılaşması martın 15-də keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024