Mobil versiya
Avropa Rusiyanın "danışan başları"nı cəzalandırdı
Tarix: 23-02-2022 | Saat: 13:19
Bölmə:Dünya | çapa göndər

Avropa Rusiyanın "danışan başları"nı cəzalandırdı

Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərindəki separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" rejimlərinin "müstəqilliyi"ni tanıdığana görə Rusiya Federasiyasına qarşı tətbiq edilmiş cəza sanksiyalarında siyasətçilərlə jurnalistlər də var.

AİA.Az bildirir ki, Avropa İttifaqı Dövlət Dumasının vitse-spikeri və teleaparıcı Pyotr Tolstoy, teleaparıcı Vladimir Solovyov, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova və "Russiya Today"in rəhbəri Marqarita Simonyanı da sanksiya tətbiq edilmiş şəxslər siyahısına daxil edib.

Sözügedən şəxslərin hamısına Avropa İttifaqına giriş yasaqlanacaq. Onların Avropadakı bank hesablarına, daşınan və daşınmaz əmlakına da "dondurulma" tətbiq ediləcək.

Avropa mediasında "talking heads" ("danışan başlar") adlandırılan Marqarita Simonyan və Vladimir Solovoy aşkar ermənipərəst, Azərbaycana qarşı fasiləsiz olaraq kəskin antipatik mövqe tutmaları ilə tanınırlar.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024