Mobil versiya
"Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq" - Zelenski
Tarix: 22-02-2022 | Saat: 09:59
Bölmə:Karusel / Dünya | çapa göndər

"Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq" -

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməz qalacağına əmin edib.

aia.az yerli KİV-ə istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı bunu videomüraciətində söyləyib.

"Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq", - V.Zelenski qeyd edib.

Dövlət başçısı həmçinin qeyd edib ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər.

"Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir", - Ukrayna prezidenti vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə