Mobil versiya
Türkiyə və Rusiya XİN rəhbərlərinin görüşü olacaq
Tarix: 21-02-2022 | Saat: 13:04
Bölmə:Dünya | çapa göndər

Türkiyə və Rusiya XİN rəhbərlərinin görüşü olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

AİA.Az məlumatına görə, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov "Valday" beynəlxalq müzakirə klubunun 11-cı Yaxın Şərq konfransının açılışında deyib.

O bildirib ki, nazirlər həm ikitərəfli, həm də Suriya məsələsi ilə bağlı İranın XİN rəhbəri ilə üçtərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl S.Lavrov martın 11-13-də Antalyada keçiriləcək Diplomatiya forumunda iştirakını təsdiqləmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə