Mobil versiya
Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb
Tarix: 21-02-2022 | Saat: 08:59
Bölmə:Dünya | çapa göndər

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.

AİA.Az-ın "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

"2022-ci il fevralın 19-da Baş Prokurorluq keçmiş müdafiə naziri Bektanov Murat Karibayeviçə qarşı xidmətdə hərəkətsizlik faktı ilə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 452-ci maddəsi ilə ibtidai istintaqa başlayıb", - deyə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, sözügedən cinayəti törətməkdə şübhəli bilinən M.Bektanov 2022-ci il fevralın 20-də saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

"Digər məlumatlar istintaqın maraqları çərçivəsində açıqlana bilməz", - deyə Baş Prokurorluqdan əlavə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə