Mobil versiya
"Rusiya Prezidenti razı olsa, Türkiyədə üçtərəfli görüş keçirilə bilər" - Ərdoğan
Tarix: 16-02-2022 | Saat: 16:05
Bölmə:Manşet / Dünya | çapa göndər

"Rusiya Prezidenti razı olsa, Türkiyədə üçtərəfli görüş keçirilə bilər" -

Ukrayna Prezidenti Zelenski ilə görüşümüz zamanı Putin, Zelenski, Ərdoğan arasında keçiriləcək üçtərəfli görüşə müsbət yanaşdığını bildirdi.

aia.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin də bu məsələyə müsbət yanaşsa, ümid edirəm ki, İstanbulda və ya Ankarada görüşə bilərik.

"Bu arada, mən cənab Putinlə telefon diplomatiyası edərək məsələyə münasibətini öyrənəcəm. Buna uyğun olaraq işləri izləməyə çalışacağıq. Çünki regionda real müharibə yaxşı əlamət deyil. Belə bir şey bölgənin sağlamlığı üçün düzgün olmazdı",- deyə o əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə