Mobil versiya
3+3 formatı region ölkələrinin mənafeyini daha artıq təmin edə bilər - Sergey Lavrov
Tarix: 15-02-2022 | Saat: 11:18
Bölmə:Dünya | çapa göndər

3+3 formatı region ölkələrinin mənafeyini daha artıq təmin edə bilər -

Ümid edilir ki, 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) çərçivəsində Tehranda keçiriləcək növbəti iclas region ölkələrinin mənafeyini daha artıq təmin etməsi ilə nəticələnəcək.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon söhbətində deyib.

Rusiya xarici işlər naziri İranın 3+3 formatı çərçivəsində 2-ci iclasa ev sahibliyi etməsini alqışlayıb.

Telefon söhbətində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian da Cənubi Qafqazla əlaqədar 3+3 formatı çərçivəsində 2-ci iclasını böyük fürsət adlandırıb.

H.Əmir Abdullahianın sözlərinə görə, bu iclas region ölkələri və xalqlarının mənafeyi istiqamətində regional əməkdaşlığı möhkəmləndirmək və həmrəylik üçün önəmlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə