“Mahir qaydalara uyğun davranmadı”
Tarix: 08-02-2022 | Saat: 14:09
Bölmə:İdman | çapa göndər
"Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçak Mahir Emrelinin Polşa "Legiya"sından Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçidi barədə fikirlərini bildirib.
AİA.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hazırda Polşanın "Visla" (Plotsk) klubunda forma geyinən Jezniçak, yerli mətbuata açıqlamasında bunları deyib:
"Mahir Emreli qaydalara uyğun davranmadı, yaranmış vəziyyətdən öz xeyrinə istifadə etdi".
O, Mahiri avtobusda "Legiya" azarkeşlərinin hücumuna məruz qalmış digər futbolçu Lukinyasla müqayisə edib:
"Gəlin, Lukinyasa baxaq. O, tam fərqli hərəkət etdi. Amma azarkeşlərin davranışı da normal deyil. Ümumiyyətlə, belə hallar olmamalıdır. "Legiya"nın problemlərini araşdırmaq, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Bütün bunlarla klubda işləyənlər məşğul olmalıdır".
Qeyd edək ki, Emreli 2017-2019-cu illərdə "Qarabağ"da Jezniçakla komanda yoldaşı olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu