Mobil versiya
Narkotikə görə saxlanılan idmançı ilə bağlı YENİ QƏRAR
Tarix: 31-01-2022 | Saat: 11:51
Bölmə:Karusel / İdman | çapa göndər

Narkotikə görə saxlanılan idmançı ilə bağlı

"Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib".

Bunu "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov deyib.

Bildirilib ki, onun barəsində Cinayət Məclləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, istintaqı aparılır.

Qeyd edək ki, M.Əmiraslanov ötən həftə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024