Mobil versiya
Paşinyanın arvadının hesabına milyonlarla pul köçürüldü
Tarix: 18-01-2022 | Saat: 10:47
Bölmə:Dünya | çapa göndər

Paşinyanın arvadının hesabına milyonlarla pul köçürüldü

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın fonduna milyonlarla pul köçürülüb.

aia.az Publika.az-a istinadla xəbər verir ki, "Toton" və "Vivaro" bukmeker kontorları Anna Akopyanın "Sity of smile" fonduna böyük məbləğdə pul köçürüb.

Məlumatı ilk dəfə üzə çıxaran Armday.am nəşridir. İddialara görə "Vivaro Media" Anna Akopyanın şəxsi hesabına 5 milyon dram, daha çox "Toto Gaming" kimi tanınan "Digitain" MMC isə 1 milyon dramdan çox vəsait köçürüb.

Milyonlarla vəsaitin baş nazir Paşinyanın arvadının hesabına hansı məqsədlə köçürüldüyü bilinmir. Sosial şəbəkələrdə isə sadə vətəndaşlar bu xəbəri çaşqınlıqla qarşılayıblar və rüşvət ola biləcəyini vurğulayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024