Mobil versiya
İsveçdə koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir
Tarix: 10-01-2022 | Saat: 16:54
Bölmə:Dünya | çapa göndər

İsveçdə koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir


İsveç hökuməti koronavirusun yayılması ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edir.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Maqdalena Andersson elan edib.

Yeni qərara əsasən, yanvarın 14-dən etibarən ölkədə ictimai iaşə müəssisələri saat 23:00-dək işləyəcək. İnsanların yalnız 8 nəfərədək bir yerə toplaşmasına icazə verilir.

Bundan başqa, universitetlərə distant təhsilə keçmək tövsiyə olunub. Bütün kütləvi tədbirlərdə sakinlərdən vaksin sertifikatı tələb olunacaq.

Qeyd edək ki, son günlərdə İsveçdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Yanvarın 5-də 23 877 yoluxma qeydə alınıb ki, bu da pandemiya dövründən ən yüksək göstəricidir.

Həmçinin, ötən həftə İsveç kral və kraliçasının, eləcə də vəliəhd şahzadəsinin koronavirusa yoluxduğu barədə məlumt verilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə