Qazaxıstanda baş verənlər ölkə iqtisadiyyatına necə təsir edəcək?
Tarix: 07-01-2022 | Saat: 13:47
Bölmə:Dünya | çapa göndər
"Amma reallıq və ilkin qiymətləndirmə ondan ibarətdir ki, son hadisələr Qazaxıstan iqtisadiyyatına təsirsiz ötüşmür".
AİA.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat Qazaxıstanın əksər iqtisadi göstəricilərinə görə, MDB-də ikinci yerdə olduğunu vurğulayıb:
"Xüsusən nəzərə alaq ki, adambaşına düşən ümumi məhsulun həcmi 9 min dollardan artıqdır. Bu, Rusiyadan sonra ikinci ən böyük rəqəmdir. Eyni zamanda orta aylıq əmək haqqı səviyyəsinə görə, Qazaxəstan Rusiyadan sonra Ukrayna ilə ardıcıl olaraq sonrakı yerləri bölüşür. İxrac həcminə görə, Qazaxıstanın illik ixracatı 66 milyard dollardır. Bu da Rusiyadan sonra ikincidir. Dünyada Qazaxıstan ən çox məhsul ixrac edən 50 ölkədən biridir. Faktiki olaraq Qazaxıstan iqtisadiyyatında iqtisadi göstəricilər region ölkələrlə müqayisədə daha yaxşı hesab olunurdu".
Vüqar Bayramov bildirib ki, müzakirə olunan məsələlərdən biri də son hadisələrin Qazaxıstan iqtisadiyyatına necə təsir göstərməsi ilə bağlıdır:
"Hər halda güman olunur ki, müəyyən təsir olacaq. Nəticə etibarı ilə banklar artıq işləmir, eyni zamanada digər strateji obyektlərin də fəaliyyətini davam etdirməsində müəyyən çətinliklər var. Bu da nəticə etibarı ilə Qazaxıstan iqtisadiyyatına təsir göstərir. Amma sözsüz, prosesin hansı istiqamətdə cərəyan etməsi və necə sonlanması iqtisadi baxımdan da əhəmiyyətli olacaq".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025