Mobil versiya
Özbəkistan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
Tarix: 06-01-2022 | Saat: 11:15
Bölmə:Karusel / Dünya | çapa göndər

Özbəkistan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda sabitlik və rifahın təmin olunması üzrə ölkəyə dəstəyini ifadə edib.

Bu məsələ Özbəkistan prezidentinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı müzakirə olunub.

Danışıqlar zamanı dövlət başçıları Qazaxıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıb, ölkədə vəziyyətin sabitləşməsi, sülh və sabitliyin təmin olunması üzrə atıln addımlar müzakirə olunub.

Ş.Mirziyoyev Qazaxıstan xalqına və rəhbərliyinə sabitlik və rifahın təmin olunmasında dəstəyini bir daha ifadə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə