Mobil versiya
Türkiyə prezidenti Qətərə səfər edəcək
Tarix: 06-12-2021 | Saat: 08:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə prezidenti Qətərə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək və burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək.

Bu barədə bu barədə Türkiyə Prezidenti Administrasiyasının Ələqələr İdarəsi bildirib.

Səfər Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.

Komitənin iclası əl-Taninin sədrliyi və səlahiyyətli qurumların rəhbərlərinin iştirakı ilə Dohada keçiriləcək. Tərəflər ikitərəfli əlaqələri, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımları müzakirə edəcəklər.

Liderlər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Komitə iclasının əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.

Görüşün yekunları üzrə bir sıra sazişlər və memorandumlar imzalanacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə