İraqın Baş nazirinə sui-qəsd cəhdi olub, xəsarət alanlar var
Tarix: 07-11-2021 | Saat: 10:21
Bölmə:Karusel / Dünya | çapa göndər
İraqın baş naziri Mustafa Əl-Kazımi Bağdaddakı iqamətgahına pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində xəsarət almadığını bildirib.
Hökumət başçısı bu barədə tviterdə bildirib. “Allaha şükür, xalqımın arasında yaxşıyam və İraq adına hamını sakitliyə, təmkinli olmağa çağırıram”, - Mustafa Əl-Kazımi sosial şəbəkədə yazıb.
"Al Hadath" telekanalının məlumatına görə, Baş nazirə sui-qəsd cəhdi olub. Hadisə zamanı Baş nazirin mühafizə xidmətinin 10 əməkdaşı xəsarət alıb. Bundan başqa, iqamətgaha maddi ziyan dəyib.
Daha əvvəl bildirilib ki, İraqın Baş naziri Mustafa əl-Kazımi xəstəxanaya yerləşdirilib.
Yerli KİV-in məlumatına görə, hadisə baş nazirin iqamətgahına minalanmış pilotsuz uçuş aparatı ilə hücumdan sonra baş verib.
04:12
İraqın Baş naziri Mustafa əl-Kazımi xəstəxanaya yerləşdirilib.
Bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə baş nazirin iqamətgahına minalanmış pilotsuz uçuş aparatı ilə hücumdan sonra baş verib. Baş nazir hücum zamanı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hücum zamanı daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edilir ki, uçuş aparatı ələ keçirilib.
"Agency France Presse" isə təhlükəsizlik orqanlarındakı mənbələrə əsasən İraqın baş nazirinin iqamətgahına raketin düşdüyünü xəbər verib. Öz növbəsində "Associated Press" də bu məlumatı təsdiqləyib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025