Mobil versiya
Yeni plan ABŞ-a Çinlə iqtisadi rəqabətdə qalib gəlməyə kömək edəcək - Bayden
Tarix: 07-11-2021 | Saat: 10:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Yeni plan ABŞ-a Çinlə iqtisadi rəqabətdə qalib gəlməyə kömək edəcək - Bayden

ABŞ Konqresinin təsdiq etdiyi 1 trilyon dollarlıq infrastrukturun inkişafı planı ölkəyə Çin və digər böyük ölkələrlə iqtisadi rəqabətdə qalib gəlməyə imkan verəcək.

Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, plan çərçivəsində milyonlarla iş yeri yaradılacaq. Amerika lideri əmindir ki, plan 21-ci əsrdə Çin və digər böyük ölkələr ilə iqtisadi rəqabətdə qalib gəlməyə imkan verir.

Ölkənin infrastrukturunun inkişafı planı cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Bayden sənədi tezliklə imzalayacağını vəd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə