Mobil versiya
Koronavirusun yeni ştamı aşkarlandı - Yayılmağa başlayıb
Tarix: 19-10-2021 | Saat: 17:51
Bölmə:Dünya | çapa göndər

Koronavirusun yeni ştamı aşkarlandı -

Böyük Britaniyada koronavirusun yeni ştamı peyda olub və artıq yayılmağa başlayıb.

Unikal.org xəbər verir ki, yeni ştam "AY.4.2" adlanır.

Nəşrin məlumatına görə, sözügedən ştam koronavirusun "Delta" ştamının bir növüdür. Lakin bununla yanaşı, "AY.4.2" orijinal versiya ilə müqayisədə 10-15% daha çox yoluxuculuğa sahibdir.

London Universitet Kollecinin Genetika İnstitutunun direktoru Fransua Ballunun sözlərinə görə, yeni ştam pandemiya başlayandan bu yana koronavirusun ən yoluxucu versiyası ola bilər.

Mütəxəssis bildirib ki, “AY.4.2” ştamı hələ ki, yalnız Böyük Britaniya ərazisində qeydə alınıb və hazırda ölkədə aşkar olunan bütün yoluxma hallarının 10%-i məhz bu ştamın üzərinə düşür.

Bununla yanaşı, Kembric Universitetinin klinik mikrobiologiya üzrə professoru Ravi Qupta qeyd edib ki, "AY.4.2" ştamının "Britaniya" və "Hind" ştamları kimi koronavirusun əhəmiyyətli dərəcədə yayılmasına səbəb olması ehtimalı azdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə