Mobil versiya
Əksər ölkələrdə rəqəmsal fənlər üzrə məzunların yalnız 15 faizi qızlardır - BMT
Tarix: 11-10-2021 | Saat: 10:30
Bölmə:Dünya | çapa göndər

Əksər ölkələrdə rəqəmsal fənlər üzrə məzunların yalnız 15 faizi qızlardır -

İnternet istifadəçiləri arasında müxtəlif coğrafiya və nəsillər üzrə böyük uçurum var.

Trend-in məlumatına görə, bu BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq Qızlar Günü ilə bağlı dünya ictimaiyyətinə müraciətində deyilir.

Qeyd edilir ki, 2013-cü ildə 11 faiz olan bu rəqəm altı il sonra 17 faizə yüksəlib. Dünya ölkələrinin üçdə ikisindən çoxunda STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) fənləri üzrə məzunların yalnız 15 faizini qızlar təşkil edir:

"Bu sahələrdə qızlar eyni qabiliyyətə və böyük potensiala malikdirlər və biz onlara səlahiyyət verdiyimiz zaman hər kəs bundan faydalanacaq.

Rəqəmsal dünyada gender bölgüsünə son qoymaq üçün edilən investisiyalar hər kəs üçün böyük dividentlər gətirir. BMT kimliyindən və hansı şəraitdə yaşamasından asılı olmayaraq bu nəslin nümayəndələrinin öz potensiallarını reallaşdıra bilməsi üçün qızlarla işləmək əzmindədir. Texnologiya və Yenilik üzrə Nəsil Bərabərliyi Fəaliyyət Koalisiyası qızların rəqəmsal potensialını, bacarıqlarını və yaradıcılığını dəstəkləmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və gənc liderlərin kollektiv təşəbbüslər və investisiyalar ətrafında bir araya gəldiyi yeni platformamızdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024