Mobil versiya
Pakistanın baş naziri Əfqanıstana yardım etməyə çağırdı
Tarix: 25-09-2021 | Saat: 10:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Pakistanın baş naziri Əfqanıstana yardım etməyə çağırdı

Dünya ölkələri "Taliban" hərəkatının formalaşdırdığı hökuməti təcrid etmək siyasəti yerinə, ölkədəki kritik humanitar vəziyyətlə əlaqədar onlara yardım etməlidirlər.

Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında Pakistanın baş naziri İmran Xan videoformatda çıxışı zamanı deyib.

Baş nazir bildirib: "BMT-nin məlumatlarına əsasən əhalisinin yarısının yoxsul vəziyyətdə olduğu Əfqanıstana əgər indi diqqət yetirilməzsə, gələn il bu ölkənin əhalisinin təxminən 90 faizi yoxsulluq həddinin altında olacaq".

Onun sözlərinə görə, Əfqanıstandakı humanitar böhran yalnız bu ölkə ilə qonşu olan ölkələrə yox, bütün dünyaya təsir edəcək. İ.Xan qeyd edib ki, Əfqanıstana təcili olaraq humanitar yardım göstərilməlidir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024