Mobil versiya
Pandemiya ilə bağlı vəziyyət ağırlaşır: yoluxma 230 milyonu ötdü
Tarix: 24-09-2021 | Saat: 09:47
Bölmə:Dünya | çapa göndər

Pandemiya ilə bağlı vəziyyət ağırlaşır:

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 230 milyonu ötüb.

aia.az xəbər verir ki, təhlükəli infeksiyaya yoluxma hallarının sayı 230 985 679-ə çatıb.

COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb - 43 404 877. Birləşmiş Ştatlar COVID-19-dan ölüm hallarının sayına görə də dünyada birinci yerdədir.
Virusa yoluxma halları üzrə siyahıda sonrakı yerlərdə Hindistan (33 563 421), Braziliya (21 283 567), Böyük Britaniya (7 530 103), Rusiya (7 354 995), Fransa (6 971 493), Türkiyə (6 932 453), İran (5 493 591), Argentina (5 245 265) və digər ölkələr qərarlaşıb.

Pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 4 734 917 insan ölüb. COVID-19-dan sağalanların sayı 207 693 605 nəfər təşkil edir. Hazırda 18 557 157 nəfər kronavirusdan müalicə olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024