Mobil versiya
Argentina prezidenti Nazirlər Kabinetində dəyişiklər edib
Tarix: 18-09-2021 | Saat: 09:02
Bölmə:Dünya | çapa göndər

Argentina prezidenti Nazirlər Kabinetində dəyişiklər edib

Argentina prezidenti Alberto Fernandes parlament seçkiləri ərəfəsində hökumətyönlü ittifaqın seçkilərin ilkin mərhələsində zəif nəticə göstərməsindən sonra nazirlər kabinetdə dəyişiklik edib.

AİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Tukuman əyalətinin qubernatoru Xuan Mənsur, Xarici İşlər Nazirliyinə rəhbərlik edəcək Santyaqo Kafyeronun yerinə hökumət başçısı təyin edilib. Hazırda vitse-prezident olan Kristina Fernandes de Kirşnerin prezidentliyi dövründə hökumət başçısı olan Anibal Fernandes yeni təhlükəsizlik naziri vəzifəsini yerinə yetirəcək.

Kənd Təsərrüfatı Nazirliyinə Xulian Dominges, Təhsil Nazirliyinə - Xaime Persik, Elm Nazirliyinə isə 2003-2007-ci illərdə artıq bu vəzifədə çalışan Daniel Filmus rəhbərlik edəcəklər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə