Mobil versiya
Yaponiyda vulkan püskürdü
Tarix: 17-09-2021 | Saat: 09:00
Bölmə:Dünya | çapa göndər

Yaponiyda vulkan püskürdü

aia.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Kraterdən 1 kilometr radiusda vulkanik süxurlar qeydə alınıb. Seysmoloqlar adada püskürmənin davam edəcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar həmin rayonda beş ballıq sistem üzrə üçüncü dərəcəli təhlükə xəbərdarlığı elan edilib. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq olmaz.

Adada dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir.

Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır. Sonuncu dəfə burada vulkan 2021-ci ilin iyun ayında püskürüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə