Mobil versiya
ABŞ-ın Kabilə hücumu nəticəsində ölənlərin sayı artdı
Tarix: 30-08-2021 | Saat: 10:47
Bölmə:Dünya | çapa göndər

ABŞ-ın Kabilə hücumu nəticəsində ölənlərin sayı artdı

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər ölüb. Onların hamısı bir ailənin üzvü olub. Həlak olanların 6-sı uşaq olub və onların ən kiçiyinin 2 yaşı var.

"Afghanistan Times"ın daha əvvəl yaydığı məlumatda 7 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri avqustun 29-u Kabil şəhərində içərisində partlayıcı qurğu olan avtomobilə dronla zərbələr endirib. Bildirilir ki, "İŞİD" qruplaşmasının yaraqlıları bu avtomobil ilə terror aktı törətmək istəyib. Xarici KİV-in məlumatına görə, ABŞ-ın endirdiyi hücum nəticəsində iki nəqliyyat vasitəsi məhv edilib və bir ev qismən dağılıb.

Bununla yanaşı, "CNN" telekanalının məlumatına görə, bu gün səhər Kabil hava limanına 5 raket atılıb. Bildirilir ki, raketləri zərərsizləşdirmək üçün "C-RAM" raket hücumundan müdafiə sistemi işə düşüb. Bununla belə, sistemin bütün raketləri zərərsizləşdirə bilməsi ilə bağlı hələ açıqlama verilməyib. İlkin ehtimallara görə, hücum "İŞİD" qruplaşması tərəfindən həyata keçirilib. Həmçinin, hücum nəticəsində yaralıların olub-olmaması bəlli deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə