Mobil versiya
Qlobal istilərə görə yoxa çıxacaq ölkələr AÇIQLANDI
Tarix: 12-08-2021 | Saat: 09:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Qlobal istilərə görə yoxa çıxacaq ölkələr

Qlobal istiləşmə nəticəsində Sakit okeandakı bəzi ada dövlətləri yaşamaq üçün yararsız hala gələcək.

aia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bu ərazilər uzun müddətdir ki, güclü dəniz qabarmalarından, uzun müddət davam edən quraqlıqlardan və güclü siklonlardan mənfi təsirlənib. Həmçinin bu ölkələrdə qurunt suların şoranlaşması müşahidə olunur ki, bu da əkinçiliyə ziyan vurur.

Digər bir əlverişsiz amil Dünya Okeanının səviyyəsinin yüksəlməsidir, buna görə bir çox adalar tədricən su altında qalır. Qeyd olunur ki, bu cür təbii hadisələr getdikcə daha çox qlobal istiləşmə fonunda baş verəcək.

Xüsusən Kiribati, Vanuatu və Solomon Adaları kimi yerlərin yaşamaq üçün əlverişsiz hala gələcəyi vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025