Mobil versiya
Bill Qeyts boşandıqdan sonra milyarderlərin siyahısında geriləyib
Tarix: 10-08-2021 | Saat: 09:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Bill Qeyts boşandıqdan sonra milyarderlərin siyahısında geriləyib

“Microsoft” şirətinin təsisçisi Bill Qeyts keçmiş həyat yoldaşı Melinda ilə boşandıqdan sonra dünyanın ən varlı şəxsləri siyahısında geriləyib.

aia.az xəbər verir ki, bu barədə “Forbes” xəbər verib.

Bildirilib ki, bir zamanlar siyahının başında yer alan milyarder müvəqqəti olaraq beşinci pilləyə yuvarlanıb. Lakin sonradan “Facebook”un yaradıcısı Mark Zukerberqi üstələyərək, 4-cü pillədəki mövqeyinə qayıdıb.

Qeytsin boşanma prosesində 5,6 milyard dollar məbləğində qiymətli kağızları keçmiş həyat yoldaşına verdiyi və bu səbəbdən də ümumi sərvətinin 129,6 milyard dollaradək azaldığı vurğulanıb.

Məlumat üçün qeyd edək ki, hazırda dünyanın ən varlı şəxsləri reytinqinə 197,5 milyard dollarlıq sərvətilə LVMH qrupunun rəhbəri Bernar Arno başçılıq edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025