AZ RU Mobil versiya
İsraildə açıq havada maska taxmaq yenidən məcburi olacaq
Tarix: 04-08-2021 | Saat: 10:50
Bölmə:Dünya | çapa göndər

İsraildə açıq havada maska taxmaq yenidən məcburi olacaq

İsraildə koronavirus infeksiyası ilə bağlı hökumət komissiyası açıq havada kütləvi tədbirlərlə bağlı yeni məhdudiyyətlər tətbiq edib.

aia.az-ın məlumatına görə, yeni qaydalara əsasən, avqustun 8-dən etibarən açıq məkanda 100-dən çox şəxsin olduğu təqdirdə maska taxmaq zərurəti tətbiq olunur.

Bundan başqa, avqustun 20-dən başlayaraq qapalı məkanlarda giriş və tədbirlərdə iştirak yalnız peyvənd olunmuş, xəstəlikdən sağalmış və mənfi test nəticəsi əldə etmiş şəxslər üçün mümkün olacaq. Qeyd olunur ki, bu tələb 12 yaşdan aşağı uşaqlar üçün də qüvvədə olacaq.

Xatırladaq ki, İsraildə maska taxmaqdan başqa bütün karantin tədbirləri iyunun 1-də ləğv olunmuşdu. Qapalı məkanda maska taxmaq zərurəti iyunun 15-də aradan qaldırılsa da, iyunun 25-də yoluxma hallarının artması ilə əlaqədar yenidən bərpa olunmuşdu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

586 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021