Mobil versiya
İtaliyada peyvənd olunmayan tibb işçiləri işdən çıxarılacaq
Tarix: 22-06-2021 | Saat: 08:59
Bölmə:Karusel / Dünya | çapa göndər

İtaliyada peyvənd olunmayan tibb işçiləri işdən çıxarılacaq

İtaliyada koronavirus əleyhinə peyvənd olunmamış tibb işçilərini işdən kənarlaşdıracaqlar.

AİA.Az Qazeta.ru-ya istinadən xəbər verir ki, İtaliyanın Nazirlər şurası koronavirusla mübarizə tədbirləri çərçivəsində tibb işçilərinin məcburi aşılanması barəsində dekret qəbul edib.

Sənədə əsasən bu tədbir dövlət və özəl qurumlarında çalışan səhiyyə sahəsinin mütəxəssisləri və aptek işçilərinə şamil edilir. Peyvənd almaqdan imtina edən əməkdaşa başqa sahədə mövcud olduğu halda iş təklif olunur. Boş vakansiya olmadığı halda isə həmin işçi maaşının saxlanmaması şərti ilə 31 dekabra qədər işdən azad edilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə